RU

228 nəfər özünüməşğulluğa cəlb edilib

Yazını böyüt
Yazını kiçilt

2017-ci ildən icrasına başlanılan "Məşğulluğa dəstək proqramı" çərçivəsində 2025-ci ilin sonunadək 110 mindən çox vətəndaş özünüməşğulluq fəaliyyətinə cəlb olunub. Təkcə ötən il 16 min 827 nəfər bu proqramdan faydalanıb.

Hafta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev deyib.

O bildirib ki, 2026-cı ilin ilk rübündə 228 nəfər özünüməşğulluğa cəlb edilib.

Nəticəyə əsasən, 12 ay sonra fəaliyyətin davametmə göstəricisi 90 faizdən çox, 24 ay sonra davamlılıq göstəricisi 75 faizdən çox, aktivlərin satış göstəricisi 1 faizdən az təşkil edib. “Qeyd edilən bu statistik göstəricilər proqramın dayanıqlı gəlir formalaşdırdığını göstərir”, - deyə sədr müavini qeyd edib.

Избранный
24
hafta.az

1Источники