RU

"Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi ilə bağlı ciddi suallar var"

"Bir neçə gün əvvəl Ermənistan tərəfi hərbi ekspertlərin iştirakı ilə minaların basdırılması ilə bağlı yeni xəritələri Azərbaycana təqdim etdi. Ümumilikdə qeyd etmək lazımdır ki, istər Vergi Məcəlləsində, istərsə də qeyri-hökumət təşkilatları haqqında qanunda və digər normativ sənədlərdə edilən dəyişikliklər bu sahədə fəaliyyət göstərən şəxslərin, o cümlədən mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının göstəricisidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Allahverənov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən danışarkən bildirdi.

O əlavə etdi ki, hazırda ölkəmizdə mina təmizləmə əməliyyatları aktiv şəkildə davam edir və bu sahə strateji əhəmiyyət kəsb edir:

"Ərazilərin minalardan təmizlənməsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də həmin ərazilərdə infrastruktur layihələrinin uğurla icrası üçün vacib şərtdir. Bu baxımdan, həm müvafiq agentliyin, həm də bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti xüsusi qeyd olunmalıdır. Lakin beynəlxalq təcrübə göstərir ki, mina təmizləmə prosesində beynəlxalq donorların cəlb edilməsi də böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə səylər daha da artırılmalı, həm peşəkar kadrların hazırlanması, həm də maddi-texniki bazanın gücləndirilməsi üçün imkanlar genişləndirilməlidir. Sonda qeyd etmək istərdim ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi ilə bağlı ciddi suallar qalır. Təcrübə göstərir ki, bir çox hallarda bu xəritələrin real vəziyyətlə uyğunluğu aşağı səviyyədə olur. Bu səbəbdən beynəlxalq tərəfdaşlar və təşkilatlar bu prosesdə daha fəal iştirak etməli, Ermənistan tərəfinə təzyiqlər artırılmalıdır ki, reallığı əks etdirən, dəqiq mina xəritələri Azərbaycana təqdim edilsin".

NURİYYƏ

Избранный
16
1
redaktor.az

2Источники