RU

Türkiyəyə sığınan suriyalıların sayı 39 %-ə yaxın azalıb

Türkiyədə 2021-ci ildə 3 milyon 737 min 369 olan müvəqqəti qoruma altındakı suriyalıların sayı 38,5 faiz azalaraq 2 milyon 296 min 568-ə düşüb.

"Far.Az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin yürütdüyü siyasətlər çərçivəsində sərhəd xaricində təmin edilən təhlükəsiz bölgələr geri dönüşləri sürətləndirib.

"Qarşı tərəfdə həyatın normala qayıtması üçün humanitar yardım fəaliyyətləri, briket ev inşası və infrastruktur dəstəkləri kimi layihələr həyata keçirildi. Bu işlərin nəticəsində 2016-cı ildən 2026-cı ilin 2 aprelunə qədər 1 milyon 390 min 49 nəfər ölkəsinə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtdı", - məlumatda vurğulanıb.

Bildirilib ki, təkcə 8 dekabr 2024-cü ildə Suriyada 61 illik Əsəd rejiminin çökməsinin sonra 9 dekabr 2024-cü il və 2 aprel 2026-cı il tarixləri arasında ölkəsinə qayıdan suriyalıların sayı 650 min 46 nəfər oldu.

Избранный
28
far.az

1Источники