RU

Eposun milli dəyərlərin formalaşmasında rolu

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 10 aprel, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində “Bir dastanın yaddaşı – bir xalqın tarixi” adlı tədbir təşkil olunub. Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi ilə Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrasının birgə əməkdaşlığı çərçivəsində baş tutan görüşdə milli irsimiz fərqli prizmadan nəzərdən keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru Şakir Albalıyev “Kitabi-Dədə Qorqud”: müqəddimə işığında görünənlər” mövzusunda məruzə edib. Məruzəçi dastanın milli-mənəvi dəyərlərin formalaşmasında rolundan danışıb, eposun obrazları ilə atalar məsəllərini müasir filoloji tədqiqatlarla müqayisəli təhlil edib və bunun tədrisdəki əhəmiyyətində diqqət ediləcək məqamları vurğulayıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
azertag.az

1Источники