RU

Azərbaycanda bir ASC-nin 11 milyon manatlıq mülkləri satışa çıxarılır - SİYAHI

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlaklar satışa çıxarılacaq.

 

Satış 13 may 2026-cı il saat 11:00-da hərrac yolu ilə həyata keçiriləcək.

 

Satışa çıxarılan əmlaklar aşağıdakılardır:

 

- Qiyməti 5 milyon 800 min manat olan Bakı şəhəri Nərimanov rayonu, Məmməd Araz küçəsi, 95 ünvanında 1 075.10 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

 

- Qiyməti 2 milyon 415 min manat olan Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küşəsi,3 ünvanında 412.8 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

 

- Qiyməti 1 milyon 100 min manat olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-2 səviyyə) ünvanında 5 948.3 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

 

- Qiyməti 1 milyon 183 min manat olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 41B (-1 səviyyə) ünvanında 5 151.7 kvadratmetrlik qeyri-yaşayış sahəsi,

 

- Qiyməti 512 min manat olan Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, giriş 7A (zirzəmi) ünvanında 1 025.5 kvadratmetrlik qeyri-yaşayış sahəsi.

 

Oxu.az

Tarix: 10 Aprel 2026, 13:44   
Избранный
7
pravda.az

1Источники