RU

AzMİU-da “İnşaatçılar Həftəsi” başladı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaatçılar Günü münasibətilə tədbir təşkil olunub.

AzEdu.az-ın xəbərinə görə, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev bildirib ki, 10 aprel tarixinin Prezident İlham Əliyev tərəfindən İnşaatçılar Günü elan olunması ilə əlaqədar bu il universitetdə “İnşaatçılar Həftəsi” keçirilir.

Həftə çərçivəsində bir çox tədbirlər - intellektual oyunlar, ustad dərsləri, dəyirmi masalar, seminarlar və müxtəlif müsabiqələr təşkil olunub.

Tədbirin əsas hissələrindən biri tələbələrin makaron konstruksiyalarından mühəndis qurğular hazırlaması olub. Bu fəaliyyət tələbələrə dayanıqlı konstruksiyaların praktiki şəkildə öyrədilməsi, eləcə də mühəndislik bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.

Qaliblərin mükafatlandırılacağı bildirilib. Birinci yer üçün pul mükafatı, ikinci və üçüncü yerlər üçün pul mükafatları, digər iştirakçılar üçün isə sertifikatlar təqdim olunacaq.

Qeyd olunub ki, bu il İnşaatçılar Günü "Şəhərsalma və Memarlıq ili" çərçivəsinə təsadüf etdiyi üçün tədbirlər daha geniş formada keçirilir.

Sahib Fərzəliyev həmçinin bildirib ki, inşaat sektoru ölkənin sosial-iqtisadi inkişafında mühüm sahələrdən biridir və AzMİU bu istiqamətdə kadr hazırlığını həyata keçirən əsas ali təhsil müəssisələrindəndir.

O qeyd edib ki, İnşaat mühəndisliyi ixtisası beynəlxalq akkreditasiyadan keçib və universitet İstanbul Texnik Universiteti ilə ikili diplom proqramı həyata keçirir. Bu proqram çərçivəsində tələbələr təhsilin bir hissəsini Azərbaycanda, bir hissəsini isə Türkiyədə alırlar.

Избранный
20
azedu.az

1Источники