RU

Hip-hop əfsanəsi Afrika Bambaataa VƏFAT ETDİ

Hip-hop və elektro janrlarının əfsanəsi Afrika Bambaataa 68 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hip-hop və elektro musiqi janrlarının formalaşmasında böyük rolu olan amerikalı repçi və DJ Afrika Bambaataa dünyasını dəyişib.

68 yaşlı sənətçi Pensilvaniyada xərçəng xəstəliyinin ağırlaşmaları nəticəsində vəfat edib.

Bambaataa musiqi tarixində yenilikçi yanaşması ilə tanınır və bu janrların inkişafına verdiyi töhfələrlə musiqi dünyasında dərin iz buraxıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники