RU

Almaniyada stüardessaların tətili: 500 dən çox reys ləğv olundu

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyada təxminən 20 min "Lufthansa" stüardessası tətilə çıxıb və bu, 500-dən çox reysin ləğv olunmasına səbəb olub.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, Almaniyanın ən böyük hava limanı olan Frankfurt-na-Mayn hava limanında planlaşdırılan 350 "Lufthansa" reysinin təxminən 75%-i ləğv edilib.

Stüardessaların tətili bu il sənaye işçilərinin üçüncü böyük etirazıdır. "Lufthansa" və onun regional törəmə şirkəti "Cityline" işçiləri bir neçə aydır ki, şirkət rəhbərliyi ilə əmək haqqının artırılması barədə danışıqlar aparırlar.

Lakin onlar hələ də istədikləri nəticəni əldə edə bilməyiblər.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
bakivaxti.az

2Источники