RU

Azərbaycan nümayəndə heyəti II Afrika Şəhərsalma Forumunda iştirak edir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilən İkinci Afrika Şəhərsalma Forumunda (AUF2) iştirak edir.

Publika.az xəbər verir ki, Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti yüksəksəviyyəli sessiya və görüşlərə qatılır.

Tədbirin açılış mərasimində çıxışı zamanı komitə sədri Anar Quliyev bildirib ki, ölkəmiz əlçatan mənzil və dayanıqlı şəhər inkişafı məsələlərini qlobal gündəliyin əsas prioritetləri kimi qəbul edir və bu sahələrdə öz fəaliyyətini həm beynəlxalq əməkdaşlıq, həm də milli təcrübə əsasında ardıcıl şəkildə davam etdirir. Bu kontekstdə cari il mayın 17-22-də Bakıda keçiriləcək WUF13-ün qlobal dialoqun davam etdirilməsi baxımından mühüm platforma olacağı bir daha beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Forum çərçivəsində, həmçinin “Mənzil və şəhər inkişafı üçün innovativ maliyyələşmə: dövlət-özəl tərəfdaşlığı” mövzusunda keçirilən Nazirlər Sessiyasına qatılan Anar Quliyev “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri qismində Azərbaycan və Somali adından Birgə Bəyannamə ilə çıxış edib. Çıxış zamanı dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, iqlim və qarışıq maliyyələşdirmə mexanizmlərinin inkişafı, eləcə də mənzil əlçatanlığını təmin edən dayanıqlı modellərin tətbiqinin əhəmiyyəti vurğulanıb.

“Layiqli mənzil üzrə açıq tərkibli İşçi Qrup”un yan tədbirində çıxış edən Azərbaycanın Keniya səfiri, BMT-nin Nayrobi şəhərindəki daimi nümayəndəsi Sultan Hacıyev isə Azərbaycanın şəhər gündəliyi və iqlim siyasəti sahəsində yanaşmalarını diqqətə çatdırıb. O deyib ki, COP29-a ev sahibliyi etmiş Azərbaycan mövcud tərəfdaşlıqlardan yararlanmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə yeni əməkdaşlıq imkanlarını da genişləndirir və bu istiqamət WUF13 çərçivəsində əsas prioritetlərdən biri olacaq.

Избранный
13
11
publika.az

10Источники