RU

379 nəfərin ölümündə günahkar bilinən şəxslər ƏLƏ KEÇİRİLDİ – VİDEO

Basayev və Xattabın üç keçmiş döyüşçüsü saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi tədbirlər nəticəsində Şamil Basayev və Xattabın dəstəsinin üç keçmiş döyüşçüsü yaxalanıb.

Saxlanılan şəxslərin 1999-cu ilin avqustunda Dağıstana hücumlarda və 2000-ci ilin fevralında Çeçenistanda Pskov desantçılarının altıncı rotasına edilən basqınlarda iştirak etdikləri müəyyən edilib.

Qeyd olunan terror aktları nəticəsində ümumilikdə 379 nəfər həlak olub, 800-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
24
interpress.az

1Источники