RU

Şirkət rəhbərliyində qadınlar: Sadəcə nəzakət , yoxsa milyard dollarlıq strategiya?

ain.az bildirir, Bizimyol portalına istinadən.

Təsəvvür edin ki, dünyanın ən böyük şirkətlərindən birinin idarə heyəti iclasındasınız. Masada 10 nəfər əyləşib. Əgər bu iclas 20 il əvvəl keçirilsəydi, böyük ehtimalla masadakıların hamısı eyni cinsin nümayəndəsi, eyni tərz geyinən və eyni cür düşünən insanlar olardı. Amma bu gün mənzərə kəskin şəkildə dəyişir. Bəs bu dəyişiklik sadəcə "etik qayda" xatirinədir, yoxsa qadın zəkası həqiqətən şirkətlərin büdcəsini xilas edir?

Əgər bu gün korporativ dünyada qadın rəhbər sayına görə bir "Olimpiada" keçirilsəydi, qızıl medalı Fransa götürərdi. Fransa bu məsələdə zarafat etmir. 2011-ci ildə qəbul etdikləri qanunla iri şirkətlərə "İdarə heyətinizin ən azı 40%-i qadın olmalıdır, yoxsa cərimə ödəyəcəksiniz" dedilər. Nəticə? Bu gün Fransanın nəhəng şirkətlərində qadın təmsilçiliyi 45%-i keçib.

Həmçinin siyahının ön sıralarında "Skandinaviya üçlüyü" Norveç, İsveç və Finlandiya var. Maraqlıdır ki, bu ölkələrdə qadınların rəhbərliyə gəlməsi bir "mübarizə" yox, təbii inkişaf prosesi kimi qəbul olunur. Onlar üçün bu, sadəcə bərabərlik deyil, iqtisadi sağlamlıqdır.

Siyahıda təkcə Avropa yoxdur. Son illərdə Cənubi Afrika və Sinqapur kimi ölkələr qadın menecerlərin sayını sürətlə artıraraq bir çox qərb ölkələrini geridə qoyublar. ABŞ-da isə rəqəmlər 30% civarında olsa da, "Fortune 500" siyahısındakı qadın CEO-ların sayı hər il rekord qırır.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
icma.az

1Источники