RU

Şəhla Cəlilzadə: Azərbaycan Cənubi Qafqazın geosiyasi landşaftını dəyişərkən beynəlxalq hüquq və tarixə istinad edirdi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“Dünya yeni qlobal və regional münasibətlər erasına qədəm qoyur. Azərbaycanın 44 günlük Vətən müharibəsi sanki bu böyük prosesin başlanğıcı idi. Bu mənada demək olar ki, yeni dünya və regional nizam Cənubi Qafqazda qurulmağa başlanmışdı. Rusiya və Ukrayna arasındakı mübaribə və ya ABŞ və İsrailin İrana qarşı müharibəsi mahiyyət etibarilə müvafiq prosesin digər regionlarda davamı sayıla bilər. Lakin mühüm bir fərq var”…

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Şəhla Cəlilzadə bildirib ki, Azərbaycan Cənubi Qafqazın geosiyasi landşaftını dəyişərkən beynəlxalq hüquq və tarixə istinad edir, ədalətli müharibə anlayışı ilə hərəkət edir, müharibə qaydalarına əməl edərək mülki infrastrukturları birbaşa hədəfə almır, sivillərin bütün haqlarını qorumağa çalışırdı.

“Proses çərçivəsində sivil ermənilərin nümayəndələri ilə Xocalı, Yevlax görüşlərini də xatırlaya bilərik. Revanşist qüvvələrin, terrorçu-işğalçı ideologiyanın daşıyıcıları reinteqrasiya məqsədilə keçirilən bu görüşlərin müsbət nəticə verməsinə imkan verməmişdi. Azərbaycan isə prosesi 2020-2023-cü illərdə mərhələli şəkildə, beynəlxalq hüququ pozmadan yekunlaşdırdı. Azərbaycanın ardıcıl strategiyası, həm hərbi, həm humanist davranışları dünya miqyasında öyrənilməkdə olub münaqişələrin həlli və sülh quruculuğu istiqamətində uğurlu nümunə sayıla bilər”-deyən politoloq qeyd edib ki, məhz müvafiq strateji yanaşmalar nəticəsində qələbədən sonrakı proseslər axıcı oldu, qələbəmizin beynəlxalq legitimliyi bütün dünyada və nəhayət Avropa və ABŞ-da da tanındı.

Şəhla Cəlilzadə vurğulayıb ki, xüsusilə 8 avqust 2025-ci il Vaşinqton sazişi ilə sülh müqaviləsinin mətni paraflandı: “Başqa sözlə, Cənubi Qafqazda Azərbaycanın liderliyi ilə təsis olunan yeni geosiyasi vəziyyətin hüquqiliyi, qanuniliyi, tərəflərə faydalılığı təsbit olundu. Bütün bu proseslərdə Azərbaycan Liderinin rəhbərliyi altında Azərbaycan xalqı, ordusu və dövlətinin birliyi mühüm rol oynadı”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
bizimyol.info

1Источники