ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bakıda havaların dəyişməsi və yağış gözləntisi sakinlər arasında maraqlı müzakirələrə səbəb olub. Bəzi insanlar hazırkı hava şəraitini Pasxa bayramı ilə əlaqələndirsə də, ekspertlər məsələyə elmi tərəfdən yanaşmağı tövsiyə edir. Yaz fəslində baş verən bu cür təbiət hadisələrinin dini təqvimlərlə bağlılığı hər il gündəmə gələn mövzulardan hesab olunur.Ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, aprel ayında müşahidə edilən yağışlı və dəyişkən hava şəraiti mövsüm üçün tamamilə xarakterikdir."Qışdan sonra havaların tədricən istiləşməsi baş verir, günəş enerjisi artır və günəşlənmə müddəti uzanır. Günəşin Yer kürəsinə təsirinin güclənməsi nəticəsində buzlaqların əriməsi və siklonların hərəkətinin intensivləşməsi müşahidə olunur. Xüsusilə soyuq və isti siklonların toqquşması nəticəsində hava şəraiti tədricən mülayimləşir. Bu baxımdan hazırkı hava şəraiti yaz mövsümü üçün normaldır".Ekoloq bildirib ki, normal olmayan məqam yağıntıların intensiv və uzunmüddətli olması, leysan xarakteri alması və illik yağıntı normasının 60–70%-nin qısa müddətdə düşməsidir. "Bu isə iqlim dəyişikliklərinin bir təzahürü kimi qiymətləndirilə bilər. Ehtimal olunur ki, Arktikadan daxil olan soyuq siklonlar və istiləşməyə meylli hava kütlələrinin Şərqi Sibir və Şpitsbergen istiqamətindən Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olması martın sonu və aprelin əvvəllərində intensiv yağışlara səbəb olub. Hazırda isə Azərbaycana daxil olan isti hava kütlələri əsasən Aralıq dənizi üzərindən gələn siklonlarla bağlıdır. Bu hava axınları Afrika qitəsindən gəldiyi üçün hava şəraitinin mülayimləşməsinə səbəb olur".Onun sözlərinə görə, temperaturun normadan artıq yüksəlməsi də diqqət çəkir. "Məsələn, normalda 12–15 dərəcə arasında dəyişməli olan temperaturun 20 dərəcə və daha yuxarı qalxması artıq normadan kənar haldır. Bu isə buxarlanmanın artmasına və nəticədə intensiv yağıntıların yaranmasına şərait yaradır. Aprel ayında yağıntıların intensivliyi və davamlılığı məhz bu dəyişkən hava proseslərindən asılı olacaq".Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.