RU

Transxəzər fiber-optik kabel layihəsinin Orta Dəhliz və TRIPP-ə daxil edilməsi müzakirə olunur

Bakı. Trend:

Transxəzər fiber-optik kabel layihəsinin Orta Dəhliz təşəbbüsünəvə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP)təşəbbüsünə daxil edilməsi müzakirə olunur.

Bu barədə Trendbeynəlxalq şirkətlər qrupu "NEQSOL Holding"ə istinadən məlumatverir.

Bildirilib ki, "NEQSOL Holding"in direktorlar şurasının üzvüKirill Rubinski birgə layihələrin inkişaf perspektivlərini,beynəlxalq telekommunikasiya marşrutlarının genişləndirilməsini vərəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinimüzakirə etmək məqsədilə SAMRUK-KAZYNA SWF suveren fondunun rəhbəriNurlan Jaqıpov ilə görüşüb.

“Xüsusi diqqət "NEQSOL Holding"ə daxil olan "AzerTelecom" və“Samruk-Kazyna” ASC-yə daxil olan “Kazakhtelecom” ASC arasındatərəfdaşlıq çərçivəsində həyata keçirilən strateji əhəmiyyətlitəşəbbüs – Transxəzər fiber-optik layihəsinə yönəldilib.

Layihə Xəzər dənizi vasitəsilə sualtı fiber-optik rabitəxəttinin çəkilməsini nəzərdə tutur. Təxminən 380 km uzunluğundaolacaq xətt Aktau (Qazaxıstan) ilə Sumqayıtı (Azərbaycan)birləşdirəcək və Xəzər regionunda ilk sualtı fiber-optik kabelolacaq”, – deyə şirkətlər qrupu bildirib.

“Biz beynəlxalq texnologiya şirkətləri tərəfindən yeni vədayanıqlı marşrutlara yüksək tələbatın olduğunu görürük. Transxəzərfiber-optik layihəsi regionu qlobal rəqəmsal infrastrukturşəbəkəsində əsas qovşaq kimi mövqeləndirir”, – deyə Kirill Rubinskibildirib.

Məlumata görə, hazırda layihə aktiv icra mərhələsindədir:

“Layihə məlumatların etibarlı ötürülməsini təmin edəcək,rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək və datamərkəzlərinin, eləcə də beynəlxalq “Big Tech” şirkətlərinin cəlbolunması üçün şərait yaradacaq”.

Qeyd olunub ki, müzakirələr zamanı Transxəzər fiber-optiklayihəsinin TRIPP və Orta Dəhliz kimi beynəlxalq və regionaltəşəbbüslərə daxil edilməsi, eləcə də bu istiqamətin təşviqi üzrəbirgə addımlar da nəzərdən keçirilib.

“Görüş tərəfdaşlığın yüksək səviyyəsini və tərəflərin regionaldata mərkəzləri və rəqəmsal qovşaqlar da daxil olmaqla iriinfrastruktur layihələrinin həyata keçirilməsinə, həmçinin faydalıqazıntıların hasilatı da daxil olmaqla digər sahələrdə mümkünəməkdaşlığa ümumi sadiqliyini təsdiqləyib”, – məlumatdadeyilir.

"NEQSOL Holding" telekommunikasiya, energetika, yüksəktexnologiyalar, tikinti və dağ-mədən sənayesi sahələrində 11 ölkədəfəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. "NEQSOL Holding"ədaxil olan "Azerconnect Group"un törəmə şirkəti "AzerTelecom"Azərbaycanda magistral internet provayderidir.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddəregional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununlayanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və DövlətlərarasıMünasibətlər haqqında” Sazişi paraflayıblar.

Bu barədə Trend beynəlxalq şirkətlər qrupu NEQSOL Holding-əistinadən məlumat verir.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники