RU

İş yerini dəyişmək qərarına gəldi - Şərtləri nədir?

Ötən ilin oktyabrında «Kəpəz»ə qayıdan Azər Bağırov mayın sonunda yenidən buradan ayrılacaq. Əldə etdiyimiz məlumata görə, baş məşqçi iş yerini dəyişmək qərarına gəlib. Buna səbəb Premyer Liqa təmsilçilərinin birindən sərfəli təklif almasıdır. O. daha yaxşı şəraiti olan klubda çalışmağı qarşısına məqsəd qoyub.
Digər tərəfdən, Gəncə mənsubunda onu narahat edən məsələlər var. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, o, gələn mövsümü də Nizami yurdunda keçirə bilər. Bunun üçün «Kəpəz»i elitada saxlaması şərtdir. «Sarı-göylər» 26 tura topladığı 21 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və qarşısına qoyulan məqsədi yerinə yetirməyə yaxındır.
Kontraktın gələn sezona aid hissəsinin qüvvəyə minməsi üçün bəzi şərtlərin həyata keçirilməsi mütləqdir. Bağırov həm özünün, həm də köməkçilərinin maaşlarının artırılmasını istəyir. Habelə transfer büdcəsinə yenidən baxılması tələbini irəli sürüb. Gedəcək və gələcək futbolçuların seçimininyalnız öz tərəfindən aparılması - bu da onun növbəti arzusudur.

SPORTİNFO.AZ

Избранный
15
sportinfo.az

1Источники