RU

Ağtala kənd məktəbi baxımsız qalıb: çəkilişə qadağa iddiası + VİDEO

Xaçmaz rayonunun Ağtala kəndində yerləşən məktəbin vəziyyəti bərbad vəziyyətdədir.

News365.az xəbər verir ki,  yerli sakinlərin sözlərinə görə, təhsil ocağının binası uzun müddətdir təmir olunmadığı üçün yararsız hala düşüb.

Bildirilir ki, məktəbin sinif otaqları köhnə və baxımsız vəziyyətdədir, divar və tavanlarda çatlar müşahidə olunur, bəzi yerlərdə isə şərait ümumiyyətlə təhlükəsizlik baxımından risklidir. Qış aylarında istilik sisteminin zəif işlədiyi, yağışlı havalarda isə dam örtüyündən su sızdığı iddia edilir.

Digər diqqət çəkən məqam isə məktəbdə çəkiliş aparılmasına icazə verilməməsidir. İddialara görə, məsələni ictimailəşdirmək istəyən şəxslərin video və foto çəkiliş etməsinə müəyyən maneələr yaradılır.

Избранный
12
news365.az

1Источники