RU

Böyük güclərin səssiz razılaşmasında Pakistan niyə seçildi?

“Yaxın Şərqdə 40 gündən çox çəkən müharibənin bitirilməsi üçün Pakistanın vasitəçi qismində çıxış etməsi yenilik kimi qiymətləndirməlidir. Bu ölkə qədər Misir və Türkiyə də vasitəçiliyə iddialı idilər. İslamabad buna qədər müxtəlif münaqişələrin həllində vasitəçi kimi çıxış etməyib. Əksinə, Pakistan özü iki qonşusu – Hindistan və Əfqanstanla münaqişə içindədir. Buna baxmayaraq, İrana qarşı müharibənin bitirilməsi Pakistan üçün az əhəmiyyətli olmadığından İslamabad son həftələrdə həm Vaşinqton, həm də Tehranla sıx dialoq qurub”.

Bu sözləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

elxan.jpg

Politoloq bildirib ki, Pakistanın vasitəçi kimi fəallaşmasında Çinin əhəmiyyətli rolu olub:

“İslamabad kimi Pekin də bölgədə müharibənin qısa müddətdə bitməsində maraqlı olub. Çünki müharibə nəticəsində İran rejimi çöksəydi, bu, Çinin bölgədəki təsir gücünün azalmasına gətirib çıxaracaqdı. Pekin bunun qarşısını almaq üçün son günlərdə İslamabadla məsləhətləşmələri genişləndirmişdi. Pakistanın xarici işlər naziri İshaq Dar bir neçə gün əvvəl bu məqsədlə Pekinə səfər etmişdi. Pekin İslamabadla birgə həll planı üzərində işləyirdi. Ancaq Çin tərəfi onu da anlayırdı ki, Vaşinqton Pekinin vasitəçiliyini qəbul etməyəcək. Pekindən fərqli olaraq Vaşinqtonla İslamabad arasında tərəfdaşlıq mövcuddur. Ona görə də Pekin bir qədər arxa plana çəkilərək İslamabadı irəli çəkdi. Hər halda atəşkəsin əldə oldunmasında Çinin də rol oynadığını ABŞ prezidenti Donald Tramp AFP agentliyində müsahibəsində təsdiq etdi”.

Politoloqun sözlərinə görə, Pakistanın baş naziri Şahbaz Şərif ABŞ və İran rəsmilərinin İslamabadda nəticə əldə etmələrinə çalışacaq:

“Bu halda Pakistanın bölgədə çəkisi artacaq. Əks halda, yəni İslamabad görüşündən real nəticə çıxmazsa, bu, Pakistanın səylərini heçə endirəcək. Pakistanın vasitəçi kimi uğur qazanması İslamabadın Hindistan və Əfqanıstanla münasibətlərindəki gərginliyi azaltmağı diktə edəcək. Bunu Çin də anlayır. Təsadüfi deyil ki, ABŞ-İran müharibəsi davam edərkən Pekinin səyi ilə Çinin Urumçi şəhərində Pakistan və Əfqanıstandan olan nümayəndə heyətlərinin iştirakı ilə artan gərginliyi aradan qaldırmaq üçün görüş keçirildi. Pekinin İslamabaddan əsas istəklərindən biri Pakistanın Çinin Əfqanıstandakı iqtisadi maraqlarını nəzərə almasıdır. Çin Əfqanıstana yatırımlar qoyub və bu ölkənin yeraltı resurslarından istifadə etməyə çalışır. Bundan başqa, Çinin Əfqanıstan ərazisində nəqliyyat layihələrini həyata keçirmək planı var. Pakistan-Əfqanıstan qarşıdurması bu planlara əngəl yaradır”.

Избранный
12
3
turkustan.az

4Источники