JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 10 aprel 2026-cı il tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Qəbul zamanı Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib.

Müraciətlər arasında işlə təmin olunma, alimentin ödənilməsi, hüquqi yardım, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər mövzular yer alıb.

Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq, nəzarətə götürülüb

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX