RU

Ermənistanı Ukrayna–Moldova ssenarisinə hazırlayırlar

Ermənistanın xarici siyasət kursu və Rusiya ilə münasibətləri ətrafında səslənən son açıqlamalar yeni müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Semenovski fikir bildirib.

Ekspert qeyd edib ki, Ermənistan hakimiyyətinin son bəyanatları, xüsusilə də Alen Simonyanın qaz qiymətləri artacağı halda ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyi ilə bağlı sözləri ciddi suallar doğurur.

Onun sözlərinə görə, bu cür bəyanatlar “açıq şantaj” xarakteri daşıyır və Ermənistanın geosiyasi kursunun qeyri-müəyyən olduğunu göstərir. Politoloq iddia edir ki, ölkə rəhbərliyi bir tərəfdən Rusiya ilə əlaqələri qorumağa çalışır, digər tərəfdən isə fərqli istiqamətlərə yönəlir.

Semenovski Ermənistan hakimiyyətinin davranışını “iki stulda oturmağa cəhd” kimi qiymətləndirib və bildirib ki, bu siyasətin davam etdirilməsi mümkün deyil.

Ekspert həmçinin qeyd edib ki, Ermənistanın Avropa istiqamətinə yönəlməsi ilə bağlı çağırışlar fonunda bir sıra mühüm məsələlər cavabsız qalır. O, xüsusilə iqtisadi əlaqələrin gələcəyi, ixrac bazarları, enerji təminatı və ölkənin ümumi təhlükəsizlik strategiyası ilə bağlı sualların açıq olduğunu vurğulayıb.

Bununla yanaşı, o iddia edib ki, hazırkı kurs Ermənistan üçün müəyyən risklər yaradır və ölkənin gələcək inkişaf istiqaməti ilə bağlı qeyri-müəyyənlikləri artırır.

Musavat.com

Избранный
20
musavat.com

1Источники