RU

Zelenski: Putin “qələbə” kimi görünən çıxış yolu axtarır

BAKI, 10 aprel. TELEQRAF

“Rusiya Donbası tam işğal etmək üçün 300 min-1 milyon arasında insan qurban verməli olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İnanıram ki, Putin başa düşür, o, Ukraynanı tamamilə işğal edə bilməz. Amma bəzən o, tərəfdaşlarımızla əsl düşüncələrinə uyğun olmayan mesajlar verir”, - Zelenski qeyd edib.

Ukrayna lideri hesab edir ki, Rusiya böyük itkilər verir və döyüş meydanında kifayət qədər yaxşı təlim keçmiş canlı qüvvəyə malik deyil.

“Putin vəziyyətdən çıxmaq üçün “qələbə” kimi görünən başqa çıxış yolu tapmağa çalışır”, - Prezident əlavə edib.

Zelenskinin fikrincə, məhz buna görə də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunu Donbasdan diplomatik yolla - ABŞ ilə dialoqla çıxarmağa çalışır.

“Çünki Donbasın tam işğalı üçün Putin 300 min-1 milyon arasında insan qurban verməli olacaq. Bu, hətta Putin üçün də ağır bədəldir”.

Prezident vurğulayıb ki, Ukrayna qüvvələrini Donbasdan çıxarmaq niyyətində deyil:

“Ruslar bilirlər ki, əgər qoşunlarımızı Donbasdan çıxarsaq, bu, cəmiyyətimizi parçalayacaq. Çoxları buna qarşı çıxacaq. Əgər Ukraynanın birliyi pozularsa, Putin Ukraynanı ən qısa müddətdə işğal etmək üçün yeni “blitzkriq” ortaya atacaq”.

Ukrayna liderinin sözlərinə görə, bu baş verməsə belə, Putin sonrakı fasilədən daha çox insanı işə götürmək, onlara təlim keçmək, hərbi-sənaye bazasını qurmaq və sanksiyaların ləğvinə nail olmaq üçün istifadə edəcək: “Buna görə də, öz mövqeyimizdə qalmaq təkcə bizim istəyimiz deyil, həm də tərəfdaşlarımızın maraqlarına uyğundur”.

Избранный
28
teleqraf.com

1Источники