RU

Polşa millisinin məşqçisi 49 yaşında anidən vəfat etdi

BAKI, 10 aprel. TELEQRAF

Polşa milli komandasının köməkçi məşqçisi Yaçek Magera 49 yaşında vəfat edib.

Teleqraf federasiyanın saqytına istinadən xəbər verir ki, Magera cümə günü səhər Vrotslavda qaçış zamanı huşunu itirib.

O, təcili olaraq xəstəxanaya aparılsa da, həkimlərin səyləri uğursuz olub.

Magera 2025-ci ilin yayından bəri Yan Urbanın rəhbərlik etdiyi Polşa milli komandasının məşçilər korpusunun üzvüdür. Bundan əvvəl o, "Şlyask", "Legiya" və Polşanın gənclər komandalarını məşqçi kimi çalışıb.

Избранный
12
teleqraf.com

1Источники