Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10.04.2026 [15:01]
Çap et
A+ A-
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə qərara alıram:
Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Qədimov Çingiz Sahib oğlu
Məmmədov Elşad Pənah oğlu
Salmanov Azər Ağababa oğlu
Şərifov Rizvan Həmid oğlu
Şiriyeva Kəmalə Məzahir qızı.