
İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin təqdim etdiyi 10 bəndlik plan gələcək sülh danışıqları üçün fundamental baza rolunu oynayacaq.
Xalqcebhesi.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, Tehran rəqiblərinə yenidən silahlanmaq imkanı verəcək hər hansı müvəqqəti atəşkəsin əleyhinədir.
XİN həmçinin vurğulayıb ki, İranın regiondakı hərəkətləri üçüncü ölkələrə hücum kimi qiymətləndirilməməlidir; ölkə yalnız ABŞ-a məxsus obyektləri hədəf alıb.
Məryəm Quliyeva