RU

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Çingiz Qədimov və Elşad Məmmədov KİMDİR? DOSYE

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.Bizim.Media xəbər verir ki, təltif olunan şəxslərdən ikisi - Qədimov Çingiz Sahib oğlu və Məmmədov Elşad Pənah oğlu MİDA-nın İdarə Heyəti sədrinin müavinləridir.Həmin şəxslərin dosyesini təqdim edirik:Çingiz Qədimov

1978-ci il iyunun 10-da Bakı şəhərində anadan olub.1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” ixtisasını bitirib.2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci təhsil alıb.2001-2009-cu illərdə “Borçalı” müəssisəsində hüquqşünas kimi çalışıb.2009-cu ildə “Rato” çoxsaylı kiçik müəsisəsinə direktor təyin edilib.

 

2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin Protokol sektorunun baş mütəxəssisi vəzifəsində çalışıb.

2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdir müavini vəzifəsində çalışıb.2014-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin Protokol sektorunun müdiri vəzifəsində işləyib.2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin Daxili nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.2018-ci ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nəzarət şöbəsinin müdiri və Agentliyin Aparatının rəhbəri vəzifələrində işləyib.Azərbaycan Respublikası Prezidentinin 29.11.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.Dövlət qulluğunun kiçik müşaviridir.Ailəlidir, 3 övladı var.Elşad Məmmədov

1970-ci il avqustun 19-da Xaçmaz rayonunda anadan olub.1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot İqtisad fakültəsini İqtisadçı ixtisası üzrə bitirib. 1987-1994-cü illərdə Taxıl Məhsulları Nazirliyinin Bakı şəhəri Çörək Ticarəti İdarəsində işləməklə yanaşı, özəl sektorda mühasib və baş mühasib vəzifələrində çalışıb.

 

1994-2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Baş Hesablaşma Kassa mərkəzində baş mühasibin müavini və “Parabank”da filial müdiri vəzifəsində işləyib.

2002-ci ildə Vergilər Nazirliyinin Nərimanov rayon Vergilər İdarəsi vergi ödəyicilərinin auditi şöbəsində Dövlət vergi müfəttişi işləyib.2002-2016-cı illərdə “Parabank”, “Nikoil” bank , “Unibank” və “Bank BTB” də filial müdiri, menecer və İdarə heyəti Sədrinin müavini vəzifələrində çalışıb.2016-cı ilin avqust ayından 2018-ci ilin aprel ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri vəzifəsində çalışıb.2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri olub.Azərbaycan Respublikası Prezidentinin 29.11.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.Ailəlidir, 2 övladı var.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
1
bizim.media

2Источники