RU

Azərbaycanın kapital bazarında orta çəkili borcalma dərəcəsi açıqlanıb

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə Azərbaycanın kapital bazarında korporativ və DMM (depozit qəbul etməyən maliyyə təşkilatları) üzrə istiqraz yerləşdirmələri üçün orta çəkili borcalma dərəcəsi 2025-ci ildə 12,5 % təşkil edib.

"Report" bu barədə "Bakı Fond Birjası" QSC-yə (BFB) istinadən xəbər verir.

Məlumata görə, bu, 3 illik dövlət istiqrazlarının orta gəlirliliyi olan 7,6 %-dən yüksəkdir.

BFB qeyd edib ki, daha yüksək borcalma dərəcəsi əsasən emitent strukturunu əks etdirir, çünki il ərzində manat ilə yerləşdirmələrin böyük hissəsini daha yüksək risk mükafatı ilə xarakterizə olunan bank olmayan kredit təşkilatları həyata keçirib. Bununla yanaşı, korporativ istiqrazların korporativ kreditlərə nisbəti 2023-cü ildəki 6,5 %-dən 2025-ci ildə 10,1 %-ə yüksəlib ki, bu da korporativ maliyyələşmədə kapital bazarlarının rolunun tədricən artdığını göstərir. Bank kreditləri hələ də əsas maliyyələşmə mənbəyi olaraq qalmaqla yanaşı, bu dinamika maliyyələşmə mənbələrinin diverfikasiyasını və bazar əsaslı alətlərə çıxışın genişləndiyini göstərir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
2
cebheinfo.az

4Источники