RU

Bibiheybət yolunda bərpa işlərinə başlanılıb

İntensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazidə əlavə risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür.

Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ərazidə bərpa işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun yeni torpaq yatağı və yol əsası inşa edilir. Ardınca həmin hissəyə yeni asfalt örtüyü döşənəcək.

Eyni zamanda, ərazi boyu səth sularının kənarlaşdırılması üçün müvafiq işlər də həyata keçiriləcək.

Təmir-bərpa işləri qısa müddət ərzində yekunlaşdırılacaq.

Избранный
13
33
azerbaijan-news.az

10Источники