Dünyanın ən varlı qadınların yeni reytinqi açıqlanıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, müxtəlif sahələrdə – pərakəndə satış, kosmetika, maliyyə və sənaye sektorlarında fəaliyyət göstərən iş qadınları böyük sərvətləri ilə diqqət çəkir.
İlk 10-luqda olan qadınlar bunlardır:

1. Elis Volton – 101 milyard dollar
Valmart imperiyasının qurucusu Sem Voltonun qızı olan Elis Volton siyahının lideridir.

2. Fransuaz Bettankur Mayers – 81,6 milyard dollar
L’Oreal kosmetika nəhənginin varisi olan Fransuaz Bettankur Mayers keçən il birinci olsa da, bu il ikinci yerdə qərarlaşıb.

3. Cülya Kox – 74,2 milyard dollar
Mərhum iş adamı Devid Koxun həyat yoldaşı olan Cülya Kox, Koch Industries şirkətindəki payları ilə böyük sərvətə sahibdir.

4. Jaklin Mars – 42,6 milyard dollar
Mars Inc. ailəsinin üzvü olan Jaklin Mars, M&M’s və Snickers kimi məşhur brendlərin varisidir.

5. Rafaela Aponte-Diaman – 37,7 milyard dollar
MSC Shipping şirkətinin səhmlərinin 50 faizinə sahib olan Rafaela Aponte-Diaman dənizçilik sektorunda böyük uğur qazanıb.
6. Savitri Cindal – 35,5 milyard dollar
Hindistanın ən varlı qadınlarından biri olan Savitri Cindal, polad sənayesi və enerji sektorunda fəaliyyət göstərən Jindal Group-a rəhbərlik edir.
7. Abigeil Conson – 32,7 milyard dollar
Fidelity Investments şirkətinin rəhbəri olan Conson maliyyə dünyasının ən güclü qadınlarından biridir.
8. Miriam Adelson – 32,1 milyard dollar
Las Vegas Sands şirkətinin əsas səhmdarlarından biri olan Miriam Adelson kazino və turizm sektorunda fəaliyyət göstərir.
9. Merilin Saymons – 31 milyard dollar
Simons Fondu vasitəsilə elm və təhsil layihələrini dəstəkləyən tanınmış xeyriyyəçidir.

10. Melinda Frenç Qeyts – 30,4 milyard dollar
Microsoft-un qurucusu Bill Qeyts ilə boşandıqdan sonra həm sərvəti, həm də xeyriyyə fəaliyyəti ilə gündəmdə qalır.