RU

Kevin De Bröyne: “Neapolda xoşbəxtik” – ARENA.AZ

İtaliyanın “Napoli” klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne Neapol təmsilçisindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az belçikalı futbolçunun müvafiq cavvabını təqdim edir:

“Napoli” ilə müqaviləm var. Bu klubda özümü əla hiss edirəm”, deyə De Bröyne vurğulayıb.

34 yaşlı hücumameyilli yarımmüdafiəçi Neapolda xoşbəxt olduğunu bildirib:

“Bu, hələ də rəqabətəqadir futbol oynaya biləcəyim ən yaxşı yerdir. Uyğunlaşmağımızla bağlı bəzi çətinliklərimiz vardı, amma indi hamımız xoşbəxtik”, deyə De Bröyne ailəsi adından vurğulayıb.

Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

De Bröyne cari mövsümdə “Napoli”nin heyətində 15 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.

Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 117 oyun keçirib, 36 qol vurub, 53 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
16
3
arena.az

10Источники