Bu gün Misli Premyer Liqasında 27-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Autsayderi “Karvan-Yevlax” doğma meydanda “Kəpəz”i qəbul edir.
Turun qalan oyunları sabah və birigün keçiriləcək.
Misli Premyer Liqası
XXVII tur
10 aprel
"Karvan-Yevlax" - "Kəpəz" 3:1 (2-ci hissə)
Qollar: Rauf Rüstəmli, 38; 45+1. Eltun Turabov, 65 - Fərid Nəbiyev, 48.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu.
"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 17. Samir Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
"Kəpəz": 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 10. Ryonosuke Ohori.
Baş məşqçi: Azər Bağırov.