“Karvan-Yevlax” cari mövsümdə ikinci qələbəsini də “Kəpəz”lə oyunda qazanıb.
Msport.az xəbər verir ki, bölgə təmsilçisi XXVII turun açılış matçında rəqibini 4:1 hesabı ilə üstələyib.
Yevlax təmsilçisinin qollarını 38, 45+1 və 90+4-cü dəqiqələrdə Rauf Rüstəmli, 65-ci dəqiqədə Eltun Turabov vurub. Gəncə komandasının heyətində 48-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.
Xallarının sayını 11-ə çatdıran “Karvan-Yevlax” sonuncu-12-ci pillədə qərarlaşıb. “Kəpəz” 21 xalla 10-cu sıradadır. Yevlaxlılar II turda bu rəqibini 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq.