RU

“Yapı Kredi Bank” cəmi aktivləri - AZALIB

“Yapı Kredi Bank” (Azərbaycan) 2026-cı ilin 1-ci rübündə aktivlər cəmini azaldıb.

Kommersant.az xəbər verir ki, “Qoç Bank”ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 3 milyon 616 min manat və ya 0.45 faiz azalaraq 789 milyon 112 min manata düşüb.

Bankın müştərilərinə verdiyi istehlak kreditləri 2025-ci ilin son rübü ilə müqayisədə 1 milyon 648 min manat azalaraq 95 milyon 376 min manata, ipoteka kreditləri isə 444 min manat azalaraq 61 milyon 269 min manata enib. Biznes kreditləri isə 22 milyon 621 min manat artaraq 331 milyon 141 min manata yüksəlib. Yekunda bankın müştərilərinə verdiyi kreditlərin həcmi 20 milyon 530 min manat və ya 4.39 faiz artaraq 487 milyon 787 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 727 min manat artıraraq 32 milyon 217 min manat edən “Yapı Kredi Bank”ın xalis kreditləri 19 milyon 802 min manat artaraq 455 milyon 569 min manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (qısaca - AMB) tərəfindən hesabatlılıq forması üzrə yol verilmiş pozuntulara görə sözügedən bankın vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Избранный
17
kommersant.az

1Источники