RU

IDF: Livanda 1 400-dən çox “Hizbullah” üzvü zərərsizləşdirilib

Martın 2-dən etibarən hərbi əməliyyatların genişlənməsindən sonra Livanda 1 400-dən çox “Hizbullah” üzvü zərərsizləşdirib, onların arasında təşkilatın elit “Radvan Qüvvələri”nin yüzlərlə üzvü də var.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF-dən bildirilib ki, Livanın cənubunda aparılan quru əməliyyatları zamanı “Hizbullah”a məxsus təxminən 4 300 obyekt məhv edilib və 1000-dən çox silah ələ keçirilib.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda 120 “Hizbullah” obyektinə zərbə endirib.

Qeyd edək ki, Livan Səhiyyə Nazirliyi müharibə başlayandan bəri İsrail hücumları nəticəsində 1 800-dən çox insanın öldüyünü bildirib.

Избранный
32
2
apa.az

3Источники