RU

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir

Azərbaycan və Çin arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.

Görüşdə həmçinin Azərbaycan – Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.

Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

06ededc5f1d38f786373ea5e59a899e6

Избранный
11
17
poliqon.az

10Источники