RU

Bakıda SSRİ-ni təbliğ edən paltarlar satılır -VİDEO

Bakıda SSRİ simvollarını əks etdirən geyimlərin satışı müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, paytaxtda yerləşən mağazalardan birində üzərində SSRİ simvolları olan idman geyimlərinin satışa çıxarıldığı bildirilir.

Məlumata görə, sözügedən məhsulların tanıdılması məqsədilə xüsusi reklam çarxı hazırlanaraq ictimaiyyətə təqdim edilib. Reklamın yayılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

İstifadəçilər arasında məsələ ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəziləri bunu tarixi simvollara maraq kimi qiymətləndirsə də, digərləri SSRİ atributlarının təbliğini tənqid edir.


Şahanə Rəhimli
Musavat.com

Избранный
49
1
musavat.com

2Источники