RU

Myanma Prezidenti: Sülh və ASEAN-la əlaqələr əsas hədəfimizdir

Myanmada həll olunmalı çoxsaylı çətinliklər var və hökumət beynəlxalq əlaqələri gücləndirməyə, xüsusilə də Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə münasibətləri normallaşdırmağa çalışacaq.

Röyters Agentliyi xəbər verir ki, bu fikirləri Myanmanın yeni Prezidenti Min Aunq Hlainq parlamentdə andiçmə mərasimində çıxışı zamanı səsləndirib.

O, əsas prioritetlərinin sülh və demokratiya olduğunu vurğulayıb. Prezident, həmçinin xarici investisiyaların artırılması, kənd təsərrüfatının inkişafı və uzunmüddətli strateji planların hazırlanacağını deyib.

Min Aunq Hlainq bir müddət əvvəl bu vəzifəyə seçilib. Prezident bildirib ki, hökumət demokratiya və federalizm əsasında yol xəritəsi həyata keçirəcək və ASEAN-la normal münasibətlərin bərpası üçün addımlar atacaq. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
20
azerbaijan-news.az

1Источники