RU

Çində uzun fasilədən sonra ilk dəfə müəyyən qiymətlər artıb

Çində uzun fasilədən sonra ilk dəfə müəyyən qiymətlərdə artım baş verib. 

“CNBC” xəbər portalının məlumatına görə, buna əsas səbəb neft qiymətlərinin kəskin yüksəlməsidir.

Çin Milli Statistika Bürosunun açıqladığı məlumata görə, mart ayında İstehsalçı Qiymətləri İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb. Bu, 2022-ci ilin sentyabrından bəri ilk artım hesab olunur və uzun müddət davam edən ucuzlaşma dövrünü başa çatdırıb. Bununla belə, birinci rübdə bu indeks ümumilikdə 0,6 faiz azalma göstərib. Mart ayında istehlak qiymətləri də artıb. İstehlak Qiymətləri İndeksi illik müqayisədə 1 faiz yüksəlib. Bu göstərici iqtisadçıların gözlədiyi 1,2 faizdən aşağı, fevral ayındakı 1,3 faizdən isə daha zəif olub. Qida və enerji məhsulları çıxıldıqda hesablanan əsas inflyasiya göstəricisi isə mart ayında 1,1 faiz artıb.

Analitiklər bildirirlər ki, dünyanın ən iri neft idxalçısı olan Çinin böyük strateji ehtiyatları və müxtəlif enerji mənbələri iqtisadiyyata müəyyən dəstək verir. Çin digər ölkələrlə müqayisədə neft şokuna daha hazırlıqlıdır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
21
azerbaijan-news.az

1Источники