RU

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Çimen” obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Selin Türkmen hüquq fakültəsini uğurla bitirərək vəkil adını qazanıb.

Bizim.Media xəbər verir ki, 26 yaşlı aktrisa İstanbul Vəkillər Kollegiyasından vəkillik vəsiqəsini alıb.

Bununla da o, aktyorluq fəaliyyəti ilə yanaşı, hüquq sahəsində də karyerasında yeni mərhələyə qədəm qoyub.

Selin Türkmenin bu uğuru sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və paylaşımına çoxsaylı təbrik mesajları gəlib.

Gənc aktrisa rəsmi mərasimdə vəkil paltarını geyinərək vəsiqəsini təhvil alıb. Beləliklə, o, uzun illər arzusunda olduğu peşəyə qovuşaraq həyatında mühüm hədəflərdən birini reallaşdırıb.

Selin Türkmen sosial media hesabında sevincini bu sözlərlə ifadə edib:

“Hiss etdiyim duyğuları təsvir etmək mənim üçün çox çətindir. Bu günün xəyalını həmişə qurmuşdum. Bu, çox zəhmət verdiyim, bəzən ‘görəsən bu məktəbi bitirə biləcəyəmmi?’ deyə düşünüb ağladığım, lakin heç vaxt fikrimdən dönmədiyin yol oldu. İndi geriyə baxanda yaxşı ki, fikrimdən daşınmamışam və bu gün arzuladığım hədəflərimdən birini gerçəkləşdirmişəm deyirəm. Bu xoşbəxtliyi mənimlə bölüşən hər kəsə təşəkkür edirəm”. (Demokrat.az)






















Bizim.Media

Избранный
4
1
bizim.media

2Источники