RU

Netanyahudan NATO üzvü olan ölkəyə təhdid dolu sözlər

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya nümayəndələri Kiryat Qatdakı koordinasiya mərkəzindən çıxarılıb.

Turkustan.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İspaniyanın dəfələrlə Təl-Əvivə qarşı mövqe sərgilədiyini bildirərək, ABŞ-ın Qəzza planı çərçivəsində İsrailin cənubundakı Kiryat Qat hərbi bazasında yaradılan Mülki-Hərbi Koordinasiya Mərkəzindən (CMCC) İspaniya nümayəndələrinin çıxarılması barədə göstəriş verib.

Netanyahu İspaniyanı İsrail ordusuna qarşı “böhtan atmaqda” ittiham edib və bu səbəbdən ölkənin nümayəndələrinin mərkəzdən uzaqlaşdırıldığını açıqlayıb.

O, İspaniyanın mövqeyini “düşmənçilik” kimi qiymətləndirərək, heç bir dövlətin İsrailə qarşı diplomatik təzyiq göstərməsinə icazə verməyəcəklərini deyib. Baş nazir əlavə edib ki, “Bizə qarşı olan ölkələr bölgədə tərəfdaşımız ola bilməz”.

İsrailin xarici işlər naziri Gideon Saar da qərarın İspaniya hökumətinin İsrail əleyhinə siyasəti ilə bağlı olduğunu təsdiqləyib.

Qeyd edək ki, Kiryat Qatdakı Mülki-Hərbi Koordinasiya Mərkəzi ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən 2025-ci ilin oktyabrında Qəzza üzrə 20 maddəlik sülh planı çərçivəsində yaradılıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
1
icma.az

2Источники