RU

Nigeriyada 10 əsgər terrorçuların qurbanı olub

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində “Boko Haram” terror qruplaşması növbəti hücum aktı həyata keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi mövqelərin ələ keçirildiyi hücumda terrorçularla əsgərlər arasında qarşıdurma yaşanıb.

On əsgər, o cümlədən briqada generalı O.O.Braimah, hücumda həyatını itirib, çox sayda insan da yaralanıb.

Nigeriya Ordusundan verilən açıqlamada hücumda ölən əsgərlərin sayı açıqlanmayıb: “Təəssüf ki, bu toqquşmada vəzifə borcumuzda ən böyük fədakarlıq göstərən bir neçə cəsur və qəhrəman əsgərimizi itirdik”.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” 2009-cu ildən bu yana kütləvi terror aktlarında on minlərlə insanın ölümünə səbəb olub.

2015-ci ildən bu yana terror qruplaşması Nigeriyanın qonşu dövlətləri olan Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumları nəticəsində ən azı 2000 adam həlak olub. Terror aktları və ölkə daxilindəki münaqişələr səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
525.az

1Источники