Belçikanın Antverpen limanında baş verən neft sızması liman əməliyyatlarında ciddi pozuntulara səbəb olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, hadisə bunker əməliyyatı zamanı qeydə alınıb. Sızmanın mənbəyi dayandırılsa da, yaxınlıqdakı terminallar, gəmilər çirklənmədən təsirlənib və limana giriş müvəqqəti dayandırılıb.
Qeyd olunub ki, aidiyyəti qurumlar təmizləmə işlərinə başlayıb və hadisənin ətraf mühitə təsirinin minimuma endirilməsi üçün tədbirlər görülür.