RU

Yağışın gətirdiyi problemlər Kimdir günahkar? VİDEO

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Elçin Şıxlı: “Əhalinin həddindən artıq çox olması tıxacların artması, təbii hadisələr zamanı fəsadların üzə çıxmasına səbəb olur”

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo”nun rəhbəri Elçin Şıxlı AYNA.AZ-ın “YouTube” kanalına müsahibə verib.

Tamaşaçılarımızın müraciətləri əsasında E.Şıxlı budəfəki müsahibəsində ölkəmizdə, xüsusilə də paytaxt Bakıda güclü yağışın gətirdiyi problemlər, fəsadların səbəbləri barədə danışıb.

AJB sədri bildirib ki, paytaxt həddindən artıq yüklənib: “Azərbaycan əhalisinin bəlkə də yarısı Abşeron yarımadasında, Bakıdadır. İnsanlar adətən iş yeri və yaxşı məişət şəraiti olan yerlərə köçürlər. Bütün dünyada şəhər sakinlərinin sayı kənddə yaşayanların sayından daha çoxdur. Bizdə Bakıdan başqa gözəl və böyük şəhərlərimiz var. Amma Bakıda yaşayanlar daha çoxdur və paytaxt “boğulur”. Əhalinin həddindən artıq çox olması tıxacların artması, təbii hadisələr zamanı fəsadların üzə çıxmasına səbəb olur. Əlbəttə, digər məsələlər də problemlərin dərinləşməsinə səbəb olur”.

“Sovet dövründə şəhər planlamasında müəyyən standartlar olub, Bakının infrastrukturu təxminən bir milyon yarım – iki milyon insan üçün hesablanıb. İndi isə Bakının əhalisi ən azından 4 milyona yaxındır. Kanalizasiya sistemi və yağış sularının axıdılması üçün olan kollektorlarla bağlı vəziyyət acınacaqlıdır. Bu da normadan artıq yağış zamanı fəsadlara səbəb olur”, - E.Şıxlınski bildirib.

Problemlərdən çıxış yoluna gəlincə, AJB sədri vurğulayıb ki, məsələnin həllinə kompleks yanaşma lazımdır.

Müsahibəni bütöv şəkildə təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
ayna.az

1Источники