RU

Xidmət eləmirsənsə, burada nə işin var Kafedə qızın başına qəndqabı atdı

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tərtər rayonunda 1998-ci il təvəllüdlü Sərxan sərxoş vəziyyətdə kafedə işləyən Təhminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 14-də Tərtər şəhərində yerləşən “Dostlar” kafesində baş verib. Sərxan uca səslə nalayiq ifadələr işlədib və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edib. Daha sonra Təhminə ilə mübahisə edib, masanın üzərində olan şüşə materiallı qənd qabı ilə onun baş nahiyəsinə vurub. Zərərçəkmiş şəxsə müxtəlif dərəcəli xəsarətlər yetirib. Sərxanın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkən Təhminəni əvvəllər tanımayıb, onunla heç bir ədavəti olmayıb:“Martın 14-də, saat 15 radələrində tanışım və həmkəndlim İlqar ilə kənd ayrıcında yerləşən kafedə yemək yeyib, bir qədər spirtli içki qəbul etdik. Sonra pivə içmək məqsədi ilə həmin gün saat 17 radələrində Tərtər şəhərində yerləşən kafeyə gəldik. İlqarla kafenin qarşısında olan masalardan birində əyləşdik, kafedə işləyən tanımadığım, sonralar adı mənə məlum olan Təhminəyə pivə gətirməsini bildirdim. O, isə “başqa işçilər pivə gətirəcək” deyə cavab verdi. Əsəbiləşərək Təhminəyə yüksək səslə “sən burada işləyirsənsə, pivə də gətirə bilərsən” dedim. Təhminə isə gətirməyəcini bildirdi. Ona irad tutdum ki, sən burda nə üçün işləyirsən, işləmə çıx, get. Təhminə isə sən kimsən mənə yol göstərirsən ifadəsini səsləndirdi. Ona “xidmət etmirsənsə, nə cırdırırsan burda” deyə təhqir etdim. O, isə mənə gözləməyimi, başıma oyun açdıracağını dedi. Bu zaman əsəbləşərək masanın üzərində olan qənd qabını götürdüm və ona tərəf atdım”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Təhminənin başı yarılıb: “Bundan sonra kafedə olan şəxslər məni sakitləşdirdilər. Məni sakitləşdirən zaman qonşum kafenin sahibi Əli ilə sözlü mübahisə etməyə başladım, nalayiq ifadələr işlətdim. Həmin vaxt o, mənə tərəf əlində dəqiq bilmədiyim əşyanı atdı. Mən isə bundan sonra üzərimdə olan açılıb-qatlanan bıçağı çıxararaq əlimdə saxladım və Əliyə üzərimə gəlməməsini bildirdim. Bundan sonra İlqar əlimdən bıçağı aldı. Həmin vaxt spirtli içki qəbul etdiyim üçün ətrafdakılara nalayiq ifadələr işlətmişəm. Bundan sonra isə İlqarla birlikdə yaşadığım kəndə gedərkən ondan bıçağı aldım və xatırlamadığım yerə atdım”. Təqsirləndirilən şəxs deyib ki, daha sonra Təhminədən üzr istəyərək onunla barışıb. O, əlavə edib ki, himayəsində bir nəfər uşağı var, 3-cü qrup əlildir. İş üzrə zərərçəkmiş Təhminənin sözlərinə görə, Tərtər şəhərində yerləşən kafedə xadimə işləyir:“Məlum hadisə günü, saat 17 radələrində işlədiyim kafenin qarşısında mənimlə birlikdə həmin kafedə işləyən şəxslə birlikdə oturarkən, əvvəllər tanımadığım iki nəfər şəxs ora gəldi. Onlar kafenin qarşısında olan masalardan birində əyləşdilər. Həmin iki nəfər şəxsdən biri, sonradan adının Sərxan olduğunu bildiyim şəxs əvvəlcə kafenin sahibi Əlinin ünvanına nalayiq küçə söyüşləri söydü. Sonra mənə tərəf çönərək “səni kim saxlayır” deyə soruşdu. Mən isə ona cavabımda “mən özüm ailəmi saxlayıram, məni kiminsə saxlamağına ehtiyacım yoxdur” dedim. Bundan sonra Sərxan ünvanıma nalayiq ifadələrlə söyüb təhqir etməyə başladı. Mən isə ona polisə məlumat verəcəyimi dedim. Sərxan isə masanın üzərində olan şüşə materiallı qənd qabını götürərək başıma vurdu. Nəticədə başımdan xəsarət aldım. Bundan sonra məni kafenin içərisinə apardılar. Ancaq Sərxan kafenin qarşısında söyüşlərinə davam etdi”. Tərtər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində 1 il sınaq müddəti olmaqla 2 il şərti cəza verilib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
demokrat.az

1Источники