RU

Kamboca kralında xərçəng aşkarlanıb

Bakı. Trend:

Kambocanın kralı Norodom Sihamoni cümə günü bildirib ki, ondaprostat xərçəngi aşkarlanıb və bu xəstəlik üzrə müalicə üçün Çinəyollanacaq. Diaqnoz ona məhz həmin ölkədə qoyulub.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 72 yaşlı konstitusiyalı monarx qeyd edib ki,xərçəng Pekində yerləşən dövlət xəstəxanalarından birində aparılantibbi müayinə zamanı aşkar edilib. O və anası – Kraliça ana NorodomMonineat fevral ayının sonunda planlı tibbi yoxlamalar üçün Çinəsəfər etmişdilər.

Sihamoninin açıqlamasında xəstəliyin nə dərəcədə ciddi olduğubarədə məlumat verilməyib. Prostat xərçəngi adətən erkən mərhələdəaşkarlandıqda müalicə oluna bilir.

Məqalədə:
Избранный
35
1
az.trend.az

2Источники