RU

Bakı sakinlərinə qurulan ölüm tələ si Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin!

ain.az bildirir, Baku.ws portalına istinadən.

Bakının Binəqədi rayonunda, Biləcəri qəsəbəsində özbaşınalıq pik həddə çatıb. Vəziyyət o qədər gərginləşib ki, vətəndaşların rahat hərəkətləri üçün piyada səkiləri onların əlindən alınıb.

Bu barədə Biləcəri sakinləri BAKU.WS-in "qaynar xətti"nə şikayətlərindən bildiriblər. Qeyd edilir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində, həmçinin bir çox ərazilərində piyada səkiləri mağaza sahibləri tərəfindən zəbt edilir.

Beləliklə də, vətəndaşların həyatı təhlükə altına atılır.

"Uşaq aramaları, əlil arabaları ilə hərəkət etmək mümkün deyil. İnsanlar təhlükəsiz hərəkət edə bilmirlər. Məcbur olub, maşın yoluna keçirlər. Bu səbəbdən də, bir neçə dəfə piyada vurulması ilə nəticələnən qəzalar baş verib. Dəfələrlə mağaza sahiblərinə desək də, deyirlər ki, "Yaxşı edirik, kimə istəyirsiz, şikayət edin". Bu barədə heç bir ölçü götürülmür", - deyə sakinlər şikayətlərində bildiriblər.

Şikayəti əks etdirən görüntüləri təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
1
baku.ws

2Источники