RU

Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzalayıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb.

APA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən Naxçıvan təhsil naziri Elxan Nəcəfov bildirib ki, BP ilə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, saziş birgə fəaliyyət üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla, istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.

Sazişi Elxan Nəcəfov və Bəxtiyar Aslanbəyli imzalayıb.

Qeyd edək ki, sazişə əsasən BP tərəfindən muxtar respublikanın bir neçə təhsil müəssisəsində kimya laboratoriyalarının qurulması və ya mövcud laboratoriyaların zənginləşdirilməsi, peşə təhsili müəssisələrində isə istehsalat emalatxanalarının zənginləşdirilməsi və ya yeni emalatxanaların yaradılması nəzərdə tutulur. Həmçinin şirkət tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi həyata keçiriləcək.

Yeni 2-i istehsalat emalatxanası Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində, 2 yeni laborotoriya isə Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində yaradılacaq.

İmzalanma mərasimindən sonra laborotoriyaların və istehsalat emalatxanalarının yaradılacağı təhsil müəssisələrinə baxış keçirilib.

Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan Naxçıvan
Избранный
29
6
apa.az

8Источники