Dortmund "Borussiya"sı futbolçusu Niko Şlotterbeklə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya təmsilçisi 26 yaşlı müdafiəçi ilə 2031-ci ilə qədər yeni müqavilə imzalayıb.
Niko Şlotterbek 2022-ci ildən "Borussiya"da oynayır.