RU

Azərbaycan və Avropa fortepiano musiqiləri bir diskdə (FOTO)

Bakı. Trend:

Lüksemburqda nəşr olunan “Pizzicato” musiqi jurnalındaAzərbaycan və Avropa bəstəkarlarının fortepiano əsərlərinin yeraldığı kompakt disk (CD) haqqında məlumat dərc edilib.

Trend xəbərverir ki, disk Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunundəstəyi və Almaniyada yaşayan azərbaycanlı pianoçu GülçinAslanova-Lutzun təşəbbüsü ilə buraxılıb.

Diskin hazırlanmasının əsas məqsədi Azərbaycan və Avropabəstəkarlıq məktəbinin zəngin irsini eyni platformada təqdim etmək,bu iki musiqi mədəniyyəti arasında paralelləri və qarşılıqlı təsirimkanlarını göstərməkdir.

CD-yə Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun fortepianoüçün yazılan “12 miniatür” silsiləsi və alman musiqisinin görkəmlinümayəndəsi Robert Şumanın “Davidsbündlertänze” silsiləsi daxiledilib. Bütün əsərlərin ifaçısı Gülçin Aslanova-Lutzdur.

Azərbaycan
Azərbaycan
Избранный
38
1
az.trend.az

2Источники