RU

Şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ: Valideynlər çətin vəziyyətdə VİDEO

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, Abşeron Rayon Təhsil İdarəsi dərs ilinin sonuna yaxın məktəblilərdən tibbi müayinədən keçməyi tələb edir. Lakin bu proses məktəblərdə təşkil olunmur, şagirdlər birbaşa Abşeron Rayon Mərkəzi Xəstəxanası yönləndirilirlər.

Şikayətlərdə bildirilir ki, xəstəxanada artıq gündəlik müayinə üçün gələn vətəndaşlarla yanaşı, məktəblilər və onların valideynləri də kütləvi şəkildə ora üz tuturlar. Bu isə tibb müəssisəsində sıxlıq və uzun növbələrin yaranmasına səbəb olur.

Valideynlər qeyd edirlər ki, mövcud şəraitdə şagirdləri həftələrlə məktəbdən yayındıraraq xəstəxanada növbəyə durmaq məcburiyyətində qalırlar. Bu hal həm tədris prosesinə mənfi təsir göstərir, həm də ailələr üçün əlavə çətinliklər yaradır.

“Əgər tibbi arayışın alınması zəruridirsə, ya məktəblərə həkim briqadaları göndərilsin, ya da xəstəxanada növbəlilik sistemi tətbiq edilərək hər məktəb üçün ayrıca günlər müəyyənləşdirilsin”, – deyə şikayətdə bildirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlərin tibbi-profilaktik müayinələrinin (icbari dispanserizasiyanın) təşkili Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq həyata keçirilir və qərarda nəzərdə tutulan sənədlərin təqdim edilməsi istənilir.

“İcbari dispanserizasiyanın məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının azaldılması, eləcə də uşaqların xəstəliklərdən qorunmasıdır”, – deyə məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
2
globalinfo.az

3Источники