RU

Bakoyan ailəsinin dələduzluq sxemi İFŞA OLUNDU: 35 milyon rubl QAZANIBLAR – FOTOLAR

Tatarıstanda “SVO” ödənişləri ilə bağlı dələduzluq edən yezidi ailəsi vətəndaşlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Tatarıstanın Aktanış rayonunda evsiz insanlardan istifadə edərək müharibə ödənişləri ilə bağlı genişmiqyaslı dələduzluq edən ailə aşkar edilib.

56 yaşlı Aram Bakoyan, onun oğulları 35 yaşlı Mraz və 34 yaşlı Armen Bakoyan evsizləri taparaq onları öz fermalarında məcburi işlədiblər.

Daha sonra cinayətkar ailə daha çox pul qazanmaq üçün evsizləri öz qadınları ilə formal nikaha daxil edib müharibəyə göndəriblər.

Dələduzluq sxeminin qurbanlarından biri Dmitri Belokrılov olub. Onu məcburi şəkildə 54 yaşlı Zozan Xudoyanla nikaha daxil edərək cəbhəyə göndəriblər.

Onun ölümündən sonra cinayətkarlar onun maaşı və ölümünə görə verilən təzminat (7 milyon rubl, təxminən 154 408 manat) daxil olmaqla, ümumilikdə bir milyon rubldan (təxminən 22 000 manat) çox vəsaiti ələ keçiriblər.

Bir il ərzində dələduzlar 15 nəfəri bu sxemə cəlb edib, onlardan 13-nü müharibəyə göndəriblər. Nəticədə 5 nəfər həlak olub, 3 nəfər itkin düşüb.

Ailə bu sxemlə ümumilikdə 35 milyon rubl (təxminən 772 000 manat) qazanıb.

Onlara Aktanış rayonunun icra başçısının müavini İlşat Qabdulxayev köməklik göstərib və sənədləri geriyə tarixlə rəsmiləşdirib.

Hazırda bütün iştirakçılar saxlanılıb, məhkəmənin qərarı ilə onların Rusiya vətəndaşlığı ləğv edilib.

Onlar cəzalarını çəkdikdən sonra Ermənistana deportasiya olunacaqlar.

Məmura qarşı isə vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
34
interpress.az

1Источники