RU

"Fənərbağça"nın ulduz futbolçusunun evi qarət olundu

"Fənərbağça" klubunun ulduz müdafiəçisi Milan Şkrinyar xoşagəlməz hadisə ilə üzləşib.

Ölkə.az xəbər verir ki, ulduz futbolçunun mənzili qarətçilərin hədəfinə çevrilib.

Məlumata əsasən, naməlum şəxslər oyunçunun Beykoz ərazisində yerləşən villasına daxil olaraq, evdə saxlanılan bütün nağd vəsaiti ələ keçirməyə nail olublar.

Ümumilikdə, cinayətkarların evdən apardığı və futbolçuya dəyən maddi ziyanın məbləği 40 min dollar (68 min manat) təşkil edib.(oxu.az)

Избранный
8
2
olke.az

3Источники